Azərbaycanda tikinti obyektlərinin sökülməsi qaydası dəyişdirilir

Azərbaycanda tikinti obyektlərinin sökülməsi qaydası dəyişdirilir
Yayınlanma tarixi: 15.03.2023 12:00:42

Bu, "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Azərbaycanda Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda, tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və yaxud çatmamış tikinti obyekti söküləcək.

İslamazeri.com xəbər verir ki, bu, "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Hazırda qüvvədə olan Məcəlləyə görə sözügedən müddətlər müvafiq olaraq 1 il və 2 ildir.

GÜNÜN MANŞETLERİ