Azərbaycanda payızlıq əkinlərə görə subsidiya ödənişlərinə başlanılıb

Azərbaycanda payızlıq əkinlərə görə subsidiya ödənişlərinə başlanılıb
Yayınlanma tarixi: 2/17/2026 10:30:53 AM

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2025–2026-cı əkin ili üzrə subsidiya ödənişinin ilkin mərhələsinə start verib.

"İslamazeri.com" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, payızlıq əkinlər üzrə 217 min 617 fermerin kartlarına 77 milyon 154 min manat subsidiya köçürülüb. Ödənişlər təxminən 391 min hektar əkin sahəsini əhatə edir.

Fermerlər kartlarına köçürülmüş vəsaitin 25 %-ni nağd, 75 %-ni isə qeyri-nağd qaydada istifadə edə bilərlər. Qeyri-nağd vəsaitlər mineral gübrə, pestisid, biohumus, herbisid və toxumların alınmasına sərf oluna bilər. Fermerlər subsidiya vəsaitini meyvə bağlarında müasir suvarma sistemlərinin alınması və quraşdırılması məqsədilə də istifadə edə bilərlər.

Hazırda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilmiş payızlıq əkinlər üzrə məlumatların və torpaq sənədlərinin yoxlanılması davam edir. Monitorinqləri başa çatan və tələb olunan sənədləri sistemə daxil edən fermerlərin ödənişləri mərhələli qaydada həyata keçirilir.

GÜNÜN MANŞETLERİ

İsrailin Livana hücumları davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Livana hücumları davam edir

2/17/2026 11:48:22 AM
QMİ Ramazan ayının təqvimini açıqlayıb
ÖLKƏ / MÜXTƏLİF

QMİ Ramazan ayının təqvimini açıqlayıb

2/17/2026 11:22:42 AM
İsrail ordusu Məscidül-Əqsa imamını qaçırdı
DÜNYA / İSLAM DÜNYASI

İsrail ordusu Məscidül-Əqsa imamını qaçırdı

2/17/2026 10:52:08 AM
Qaradağlı faciəsindən 34 il ötür
ÖLKƏ / MÜXTƏLİF

Qaradağlı faciəsindən 34 il ötür

2/17/2026 10:09:01 AM
Əraqçi Cenevrədə Qrossi ilə görüşüb
DÜNYA / SİYASƏT

Əraqçi Cenevrədə Qrossi ilə görüşüb

2/16/2026 5:16:13 PM