Azərbaycanda bu icazənin rüsumu 50 manat müəyyən edildi

Azərbaycanda bu icazənin rüsumu 50 manat müəyyən edildi
Yayınlanma tarixi: 11.04.2023 14:51:31

Azərbaycanda bu icazənin rüsumu 50 manat müəyyən edildi.

Yollarda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumu təsdiqlənib.

“İslamazeri.com”-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumu müəyyənləşdirilib. Bu hərəkət üçün dövlət rüsumunun məbləği 50 manat olacaq.

GÜNÜN MANŞETLERİ