Azərbaycan və İran parlament sədrləri arasında görüş

Azərbaycan və İran parlament sədrləri arasında görüş
Yayınlanma tarixi: 9.01.2023 21:10:05

Söhbət zamanı, həmçinin parlamentlərarası əlaqələrin mövcud vəziyyəti haqqında da müzakirələr aparılıb.

İslamazeri.com xəbər verir ki, Asiya Parlament Assambleyasının (APA) 13-cü plenar sessiyasında iştirak etmək məqsədilə Türkiyə Respublikasının Antalya şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 9-da İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb.

Milli Məclisin rəsmi saytında yayımlanan məlumata görə,  görüşdə ikitərəfli gündəliyin aktual məsələləri, postmünaqişə dövründə regionda mövcud olan vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sahibə Qafarova Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunması və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təşəbbüsləri haqqında məlumat verib.

Söhbət zamanı, həmçinin parlamentlərarası əlaqələrin mövcud vəziyyəti haqqında da müzakirələr aparılıb.

GÜNÜN MANŞETLERİ