Ayətullah Şübeyr Zəncanidən Livana hücumla bağlı etiraz

Ayətullah Şübeyr Zəncanidən Livana hücumla bağlı etiraz
Yayınlanma tarixi: 26.09.2024 16:47:01

Ayətullah Şübeyr Zəncaninin ofisi İsrailin Livana hücumlarını pisləyən bəyanat yayıb

İslamazeri.com xəbər verir ki, mərcə təqlid müctehidi Ayətullah Şübeyr Zəncaninin ofisi İsrailin Livana hücumlarını pisləyən bəyanat yayıb.

Bəyanatda deyilir:

“Mərhəmətli və Rəhmli Allahın adı ilə

«فَوَيْلٌ لِلَّذِينَ ظَلَمُوا مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ»

Son günlər Livanda baş verən acınacaqlı hadisələr və açlaq vəhşi sionist rejimin hücumları nəticəsində bir çox möminin, müdafiəçilərin və döyüşçülərin şəhid olmasına, müdafiəsiz insanların yaralanmasına, digər bir qrup insanın isə sərgərdan-evsiz qalmasına səbəb oldu ki, bu da  hər bir azad insanın qəlbini parçalayıb kədərə qərq etdi.

Şəhidlərimizə Allahdan rəhmət və rizvan, sağ qalanlara və şəhid olanların ailələrinə səbr və mükafat, yaralananlara can sağlığı və şəfa diləyirik. Qatillərin qəddarlığından və məzəmmətindən xilas olub qələbə qazanmalarını dua edirik.

Bununla da böhranın genişlənməsindən narahatlığımızı və kədərimizi ifadə edir, beynəlxalq ictimaiyyətin bu cinayətlə bağlı sükutundan təəssüflənir, nüfuzlu qurumlardan və şəxsiyyətlərdən bu böyük faciəyə qətiyyətlə son qoyulmasına və bu hadisənin davam etməsinin qarşısının alınmasına yardım etməyi,  bu təcavüz və insanların iztirablarına son qoyulmasını tələb edirik.

Biz İlahi dərgaha niyaz və dua edərək ümid edirik ki, Allah-taala ədalətin bərqərar olması və bəşəriyyətin nicatı üçün İmam Mehdinin zühurunu tezləşdirsin.”

GÜNÜN MANŞETLERİ