Ayətullah Behcət: Bu iki kəlməni bilmək bütün həyatı boyu insana kifayətdir!

Ayətullah Behcət: Bu iki kəlməni bilmək bütün həyatı boyu insana kifayətdir!
Yayınlanma tarixi: 26.07.2023 10:39:30

İslamazeri.com-un "Din" rubrikasından...

"İndi sizə elə bir cümlə deyəcəyəm ki, artıq bunda zərrə qədər şübhəyə yer yoxdur. Yəni getməyi var, qayıtmağı yoxdur; hamı faydalana bilər. Gedin fikirləşin, bu düzdür, yoxsa yalan? Deyə bilərsiniz, bu barədə kitablar yazılıb, bu ağa isə onu bir kəlmə ilə öyrətmək istəyir. Belə düşünməyin! Bir kəlmə ilə də olar. Lazım deyil ki, moizə bir kitab olsun. Peyğəmbər (s) buyurur: "Allah bu müxtəsər kəlmə ilə mənə təlimat yolunu öyrətdi."

Deməli, bir kəlmə insanı bir kitabın ağırlığından qurtara bilər. Əlbəttə hamımız bunu bilməli və şəkk etməməliyik. Axı nədə şək etməliyik?! Bəli, ola bilər əllərimizlə gözümüzün önünü tutaq və and-aman edək ki, heç nə görmürük.

Əlinizi gözünüzün önündən götürün, bu zaman gecəni gündüzdən ayıra biləcəksiniz.

Əlqissə, o hansı kəlmədir ki, sona qədər bizə yetər, işimizə bəs edər? 

O kəlmə budur: "Bil ki, Allah görür". Vəssəlam".

Mənbə: Ayətullah Behcətin hüzurunda, səh.77

İslamazeri.com

GÜNÜN MANŞETLERİ