Almaniya kəşfiyyatının əməkdaşı Rusiyaya casusluq etdiyi üçün həbs edilib

Almaniya kəşfiyyatının əməkdaşı Rusiyaya casusluq etdiyi üçün həbs edilib
Yayınlanma tarixi: 23.12.2022 15:59:21

Almaniyada Xarici Kəşfiyyat İdarəsində (BND) işləyən Almaniya vətəndaşı Karsten L Rusiyaya casusluq ittihamı ilə həbs edilib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Xarici Kəşfiyyat İdarəsində çalışan Carsten L-nin 2022-ci ildə peşəkar fəaliyyəti çərçivəsində əldə etdiyi məlumatları Rusiya kəşfiyyatına çatdırdığı açıqlanıb.

Bildirilib ki, ötürülən məlumatlar dövlət sirridir.

Federal Baş Prokurorluqdan verilən yazılı açıqlamada, dünən saxlanılan Carsten L-nin vətənə xəyanətdə günahlandırıldığı bildirilib. Hakim qarşısına çıxarılan Karsten L həbs edilib.

GÜNÜN MANŞETLERİ