ABŞ Ukraynaya daha 275 milyon dollarlıq müdafiə yardımı edəcək

ABŞ Ukraynaya daha 275 milyon dollarlıq müdafiə yardımı edəcək
Yayınlanma tarixi: 10.12.2022 13:35:16

ABŞ prezidenti Co Bayden Ukraynaya yeni 275 milyon dollarlıq müdafiə yardımının ayrılmasını təsdiqləyib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden Dövlət Departamentinə Ukraynaya 275 milyon dollarlıq yeni müdafiə yardımı etmək səlahiyyəti verib.

Bundan əlavə, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi Zoom vasitəsilə keçirdiyi brifinqdə deyib: “Mən 275 milyon dollarlıq yeni müdafiə paketinin tezliklə Ukraynaya yollanacağını elan etməkdən məmnunam”.

Sözügedən yardımın Ukraynaya yeni hava hücumundan müdafiə imkanları qazandıracağını və bu ölkənin özünü PUA təhlükəsinə qarşı qoruya biləcəyini ifadə edən Kirbi, sözügedən yardımın döyüş meydanındakı əsgərlərə də daha çox sursat təmin edəcəyini qeyd edib.

GÜNÜN MANŞETLERİ

Min hektardan çox ərazi minalardan təmizlənib - ANAMA
ÖLKƏ / HƏRBİ

Min hektardan çox ərazi minalardan təmizlənib - ANAMA

22.12.2025 14:19:58
Səudiyyə Ərəbistanı yenidən Yəmənə hücum edib
DÜNYA / İSLAM DÜNYASI

Səudiyyə Ərəbistanı yenidən Yəmənə hücum edib

22.12.2025 14:12:35
Bu gün İmam Məhəmməd Baqirin (ə) mövlud günüdür
DÜNYA / İSLAM DÜNYASI

Bu gün İmam Məhəmməd Baqirin (ə) mövlud günüdür

22.12.2025 13:41:42
Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜNASİBƏT

Sabahın HAVA PROQNOZU

22.12.2025 13:15:31