Deyr əz-Zorun şərqindəki əl-Ömər neft yatağından çoxlu partlayış səsləri eşidilib, bölgədə helikopter uçuşları eşidilib.
Suriyanın Deyr əz-Zor şəhərindəki Ömər neft yatağında ABŞ qüvvələrinin yerləşdiyi hərbi bazaya raket hücumu həyata keçirildiyi bildirilib.
İslamazeri.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Suriyanın şərqindəki Deyr əz-Zor bölgəsində ABŞ qüvvələrinin yerləşdiyi hərbi baza raketlə hədəfə alınıb.
Bildirilib ki, Deyr əz-Zorun şərqindəki əl-Ömər neft yatağından çoxlu partlayış səsləri eşidilib, bölgədə helikopter uçuşları eşidilib.
Yerli mənbələr bu hücumda ABŞ əsgərlərinin yataqxanasının hədəf alındığını bildirib.
Neft yatağı daxilində yaşayış məntəqələri kimi tanınan Yeşilköydə silah anbarları ilə yanaşı koalisiya qüvvələrinin yerləşdiyi iqamətgahlar da var.
Sözügedən baza ABŞ və Beynəlxalq Koalisiyanın Suriyadakı ən böyük bazası hesab olunur.