Kolumbiya Apellyasiya Məhkəməsi ABŞ Dəniz Piyadaları Bölməsində saqqal saxlamağa və dini geyiminə icazə verilməyən 3 sikx əsgərinin şikayətini təmin edib.
İslamazeri.com xəbər verir ki, ABŞ Federal Məhkəməsi orduda xidmət edən sikx əsgərlərinin dini inanclarına görə saqqallarını və dini geyimlərini saxlaya bilmələrinə qərar verdi.
Kolumbiya Apellyasiya Məhkəməsi ABŞ Dəniz Piyadaları Bölməsində saqqal saxlamağa və dini geyiminə icazə verilməyən 3 sikx əsgərinin şikayətini təmin edib.
Məhkəmə sikx əsgərlərinin öz dini inanclarına sadiqliklərini ifadə etmək üçün saqqal uzada və dini geyim geyinə biləcəklərini qeyd edib və bunun onların vəzifələrini yerinə yetirmələrinə mane olmayacağını bildirib.
Qeyd edək ki, sözügedən üç sikx əsgəri ABŞ Ordusu Dəniz Piyadaları Bölməsinə qoşulmaq üçün imtahanlardan keçib, lakin əsas təlim düşərgəsindəki qaydalara uyğun olaraq onlardan saqqallarını kəsmələri və dini papaqlarını çıxartmaları istənilib. Buna görə məhkəməyə müraciət ediblər.
Hərbi məmurlar bu işdə dəniz piyadalarının komanda ruhunun və psixoloji transformasiyanın bir hissəsi kimi eyni təcrübələrə məruz qaldıqlarını və fərdiləşdirməni müdafiə etdiklərini bildiriblər.