ABŞ-da müsəlmanlara qarşı nifrət cinayətləri artıb

ABŞ-da müsəlmanlara qarşı nifrət cinayətləri artıb
Yayınlanma tarixi: 10.05.2023 14:41:14

ABŞ-da İslam əleyhinə və müsəlmanlara qarşı nifrət cinayətləri hesabatda öz əksini tapıb.

İslamazeri.com xəbər verir ki, Amerika-İslam Əlaqələri Şurasının hesabatına görə, təkcə Massaçusets ştatında məktəblərdə islamafobiya ilə bağlı şikayətlər son bir ildə 72 faiz artıb.

Müsəlman şagird və tələbələrə qarşı standartlaşma və ayrı-seçkilik şikayətlərin əksəriyyətini təşkil edir.

ABŞ-da təxminən 3,5 milyon müsəlman yaşayır. Müsəlmanların ölkə əhalisinin 1,1 faizini təşkil etdiyi bildirilir.

Amerika-İslam Əlaqələri Şurasının 11 apreldən yayılan 2022-ci il İnsan Haqları Hesabatında ABŞ-dakı vəziyyətdən bəhs edilərək təhsil sahəsində anti-islamçılıq, qərəz və ayrı-seçkilik kimi şikayətlərin 33 faiz artdığı yazılıb.

“Əl-Qaidə” terror təşkilatının törətdiyi 11 sentyabr 2001-ci il hadisələrindən sonra Amerikada müsəlmanlara qarşı nifrət cinayətləri artıb.

Amerika-İslam Əlaqələri Şurası bildirir ki, ABŞ-da anti-müsəlmanlıq institutlaşdırılıb və alətləşib. Siyasətçilər, ictimai fəallar, beyin mərkəzləri və media qurumları tərəfindən müəyyən missiyalar həyata keçirilir.

GÜNÜN MANŞETLERİ