Ərdoğan və Sudan Suverenlik Şurasının sədri telefonla danışıb

Ərdoğan və Sudan Suverenlik Şurasının sədri telefonla danışıb
Yayınlanma tarixi: 5/9/2023 11:31:17 AM

Ərdoğan Sudan Suverenlik Şurasının sədri general Əbdülfəttah Əbdürrəhman əl-Burhanla telefon danışığı aparıb.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudan Suverenlik Şurasının sədri general Əbdülfəttah Əbdürrəhman Əl-Burhan ilə telefon danışığı aparıb.

Görüşdə Sudandakı hadisələr müzakirə edilib. Prezident Ərdoğan görüş zamanı Sudanda qardaş-qardaş döyüşündə ölən və yaralananların artması ilə bağlı kədər və narahatlığını dilə gətirib.

Hərtərəfli danışıqlara başlamaq qərarı alınarsa, danışıqlara ev sahibliyi etməyə hazır olduqlarını qeyd edən prezident Ərdoğan, Sudan xalqının təcili humanitar ehtiyaclarının qarşılanması üçün Birləşmiş Millətlər Təşkilatı ilə təmasda səylərini davam etdirəcəklərini ifadə etdi.

Görüş zamanı Sudandakı Türkiyə vətəndaşlarının təxliyəsi və təhlükəsizliyi ilə bağlı məsələlər də müzakirə olunub.

GÜNÜN MANŞETLERİ

Oman sultanı Müctəba Xameneini təbrik edib
DÜNYA / İSLAM DÜNYASI

Oman sultanı Müctəba Xameneini təbrik edib

3/9/2026 11:00:01 PM
Ayətullah Müctəba Xamenei kimdir?
REGİON / İRAN

Ayətullah Müctəba Xamenei kimdir?

3/9/2026 11:00:01 PM
Netanyahudan 3-4 gündür xəbər yoxdur
DÜNYA / MARAQLI

Netanyahudan 3-4 gündür xəbər yoxdur

3/9/2026 10:58:01 PM
İlham Əliyev Müctəba Xameneini təbrik edib
ÖLKƏ / SİYASƏT

İlham Əliyev Müctəba Xameneini təbrik edib

3/9/2026 5:00:01 PM