Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək

Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Yayınlanma tarixi: 6/25/2026 11:43:43 AM

Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək.

26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafiki dəyişdiriləcək.

İslamazeri.com xəbər verir ki, metropolitendən verilən məlumata görə, “28 May-Əhmədli” sahəsində və əksinə olmaqla pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə təşkil edəcək.

Bildirilib ki, zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq. Bununla bağlı stansiyalarda ümumi nəzarəti təmin etmək üçün növbətçilik cədvəli əsasında işçi qüvvəsi də ayrılıb.

Həmçinin qatarlar “Bakmil” stansiyasına və geri şənbə günü, Bənövşəyi xətdə və “Əhmədli-Həzi Aslanov” mənzilində isə şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcək.

GÜNÜN MANŞETLERİ

Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

6/25/2026 1:20:55 PM
Hizbullah İsraili atəşkəsi qəbul etməyə məcbur etdi
DÜNYA / İSLAM DÜNYASI

Hizbullah İsraili atəşkəsi qəbul etməyə məcbur etdi

6/25/2026 1:13:42 PM
Aşura gününün ƏMƏLLƏRİ
DİN

Aşura gününün ƏMƏLLƏRİ

6/25/2026 11:16:52 AM