İİKK ABŞ-ın atəşkəsi pozduğunu əsas gətirərək bölgədəki Amerika hərbi hədəflərinə cavab hücumları başlatdığını açıqlayıb.
İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (İİKK) ABŞ-ın Hörmüz boğazı yaxınlığındakı İran sahillərinə hava hücumları təşkil edərək atəşkəsi pozduğunu və buna cavab olaraq bölgədəki ABŞ hərbi hədəflərinin hədəf alındığını bildirib.
İİKK-nın bəyanatında deyilir ki, İsrailin Livanın cənubunda atəşkəsi pozmasından sonra ABŞ da Hörmüz boğazında "icazəsiz marşrutdan istifadə edən bir gəmi"ni əsas gətirərək İran sahillərinə hava hücumları təşkil edib.
Bəyanatda əlavə edilib: "Bu hücuma cavab olaraq İİKK Hərbi Dəniz Qüvvələri bölgədəki ABŞ terrorçu ordusuna məxsus yerləşdirmə məntəqələrini hədəfə alıb".
İran "İslamabad Sazişi"nin 5-ci maddəsinə əsasən, Hörmüz boğazında tranzit tənzimləmələrinin İranın koordinasiyası altında həyata keçirilməli olduğunu və ABŞ-ın bu öhdəliyi pozmağa cəhd etdiyini qeyd edib.
İİKK-nın bəyanatında həmçinin oxşar hücumların təkrarlanacağı təqdirdə İranın cavabının "daha əhatəli" olacağı barədə xəbərdarlıq edilib.