Hizbullah tərksilah tələbini rədd etdi: Bu, Livanın təslim edilməsidir

Hizbullah tərksilah tələbini rədd etdi: Bu, Livanın təslim edilməsidir
Yayınlanma tarixi: 6/28/2026 1:20:18 PM

Livanın müqavimət hərəkatı "Hizbullah" İsrailin geri çəkilmək müqabilində irəli sürdüyü silahsızlaşma şərtini qəti şəkildə rədd edərək, silahlarını təhvil verməyəcəyini bəyan edib.

İslamazeri.com xəbər verir ki, bu barədə hərəkatın lideri Seyid Naim Qasim rəsmi açıqlama verib. Şeyx Naim Qasim İsrailin "Hizbullah"ın tərksilah edilməsi şərti ilə Livan ərazisindən geri çəkilməsi tələbini "son dərəcə təhlükəli bir plan" və bütün "qırmızı xətlərin" tapdalanması kimi qiymətləndirib.

Hərəkat rəhbərinin sözlərinə görə, silahsızlaşdırma baş verəcəyi təqdirdə Livan tam şəkildə İsrailin nəzarəti altına düşəcək.

Seyid Naim Qasim Livan hökumətinin ABŞ və İsrail ilə əldə etdiyi son razılaşmanı kəskin tənqid edərək, bu sənədi "acizlik, zillət və utanc mənbəyi" adlandırıb.

O qeyd edib ki, həmin müqavilə Livanın suverenliyini İsrailə təslim edir, işğalçı addımlara hüquqi don geyindirir və livanlıların öz evlərinə qayıtmasının qarşısını alır.

Çıxışının sonunda regional diplomatik proseslərə toxunan "Hizbullah" lideri bildirib ki, Livan yalnız iradə nümayiş etdirməklə İsraili ölkənin cənubundan geri çəkilməyə məcbur edə bilər.

O, ABŞ-la danışıqlarda İranın irəli sürdüyü şərtləri müqavimət döyüşçüləri üçün qürur mənbəyi adlandırıb və məhz bu memorandumun Livanda atəşkəsə yol açdığını xatırladıb.

GÜNÜN MANŞETLERİ