ADB Biləcəri–Yalama dəmir yolunun modernləşdirilməsi üzrə hazırlığa başlayıb.
Asiya İnkişaf Bankı (ADB) Biləcəri–Yalama dəmir yolu sahəsində elektrifikasiya, siqnallaşdırma və telekommunikasiya sistemlərinin modernləşdirilməsi layihəsinin idarə edilməsi üzrə xidmətlərin göstərilməsi üçün məsləhətçilərin seçilməsi proseduruna başlayıb.
İslamazeri.com ADB-yə istinadən xəbər verir ki, konsultasiya xidməti üzrə müqavilənin təxmini dəyəri 2,088 milyon ABŞ dolları təşkil edir.
Bankın məlumatına görə, layihənin icra müddəti 54 aydır, işlərin ilkin olaraq 2027-ci il fevralın 1-də başlanması planlaşdırılıb.
ADB layihənin icrası üçün 350 milyon ABŞ dolları məbləğində kreditin ayrılması imkanını nəzərdən keçirir. Layihə 2026-cı il fevralın 16-27-da təhlil edilib.
Layihəni ADB, Asiya İnfrastruktur İnvestisiya Bankı və Azərbaycan hökumətinin birgə maliyyələşdirməsi planlaşdırılır.
Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər maliyyə vəsaiti ayırmağı planlaşdırır.