İran Trampın Hörmüz boğazı ilə bağlı iddiasına cavab verib.
İslamazeri.com xəbər verir ki, İrandakı Fars Körfəzi Su Yolları İdarəsi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı iddiasına cavab verib.
Fars Körfəzi Su Yolları İdarəsinin açıqlamasında deyilir: "ABŞ rəsmilərinin Hörmüz boğazında İran blokadasının qaldırılması ilə bağlı təkrarlanan açıqlamaları və sosial media paylaşımları faktı dəyişdirmir. Hörmüz boğazı hələ də bağlıdır və İranın şərtləri qəbul edilənə qədər yenidən açılmayacaq".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sosial mediada ölkəsinin Hörmüz boğazı üzərində "tam nəzarətə" sahib olduğunu iddia etmişdi.