DYP velosipedçilərə müraciət edib

DYP velosipedçilərə müraciət edib
Yayınlanma tarixi: 8/10/2026 10:17:08 AM

DYP velosipedçilərə müraciət edib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi velosipedçilərə müraciət edib.

İslamazeri.com xəbər verir ki, idarədən verilən məlumata görə, müraciətdə deyilir:

"Ölkəmizdə velosipeddən istifadənin genişlənməsi müsbət haldır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, velosipedçilər də yol hərəkətinin digər iştirakçıları kimi müəyyən edilmiş qaydalara riayət etməli, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdırlar.

Müşahidələr göstərir ki, bəzi hallarda velosipedçilər tərəfindən yol hərəkəti qaydalarının pozulması təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur. Bu cür hallar müxtəlif dərəcəli xəsarətlərlə, hətta insan həyatı üçün ağır nəticələrlə yekunlaşa bilər.

Baş Dövlət Yol Polisi İdarəsi velosiped idarə edən şəxslərə bir sıra vacib məqamları xatırladır:

Velosiped sürərkən mobil telefondan istifadə etmək, xüsusilə əlləri sükandan çəkərək telefonla danışmaq yolverilməzdir. Bu cür davranış diqqətin yayınmasına və velosiped üzərində nəzarətin itirilməsinə səbəb olmaqla qəza riskini artırır.

İstiqaməti dəyişərkən və yolayrıclarında dönərkən qəfil manevrlərdən çəkinilməli, nəzərdə tutulan manevr barədə digər hərəkət iştirakçıları əvvəlcədən müvafiq qaydada xəbərdar edilməlidir.

Xüsusi velosiped yollarının və zolaqlarının mövcud olduğu ərazilərdə həmin yol və zolaqlardan istifadə edilməli, belə imkan olmadıqda isə yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq yolun sağ kənarı ilə hərəkət edilməlidir.

Unutmayın: yol hərəkəti qaydalarına riayət etmək yalnız qanunun tələbi deyil, həm də öz həyat və sağlamlığınızı, eləcə də digər hərəkət iştirakçılarının təhlükəsizliyini qorumağın vacib şərtidir".

GÜNÜN MANŞETLERİ

SABAH DUASI
DİN

SABAH DUASI

8/10/2026 11:18:08 AM
İlham Əliyev İran Prezidentinə təşəkkür edib
ÖLKƏ / MÜNASİBƏT

İlham Əliyev İran Prezidentinə təşəkkür edib

8/10/2026 11:15:30 AM
DYP velosipedçilərə müraciət edib
ÖLKƏ / MÜXTƏLİF

DYP velosipedçilərə müraciət edib

8/10/2026 10:17:08 AM