Ramazan ayının hilalı görünmədi

Ramazan ayının hilalı görünmədi
Yayınlanma tarixi: 3/19/2026 11:47:35 PM

Ramazan ayının hilalı görünməyib

İslamazeri.com xəbər verir ki, bu gecə ölkə boyu Ramazan ayının hilalı görünmçəyib.

Bundan başqa mərcə təqlid, İslam İnqilabı rəhbəri Ayətullah Seyid Xameneinin ofisinin Ayın müşahidəsi qərargahı elan edib ki, bu gün – cümə axşamı gün batımında Şəvval ayının hilalı görünməyib. Buna görə sabah, cümə günü Ramazan ayının 30‑cu və sonuncu günü olacaq. Şənbə günü Fitr bayramı qeyd olunacaq.

Digər böyek mərcə Ayətullah Sistaninin də ofisi məlumat yayıb.

Nəcəf Əşrəfdə yerləşən Həzrət Ayətullah Seyyid Sistani ofisi rəsmi bəyanatla bildirmişdir ki, sabah – cümə günü mübarək Ramazan ayını tamamlayan gündür.

Bəyanatda həmçinin qeyd olunmuşdur ki, 21 mart 2026-cı il tarixinə (şənbə gününə) təsadüf edən gün hicri 1447-ci il Şəvval ayının ilk günü hesab edilir.

 

 

 

 

GÜNÜN MANŞETLERİ