İran Prezidentindən danışıqlar barədə AÇIQLAMA
İslamazeri.com xəbər verir ki, İran Prezidenti Pezeşkian bildirib ki, danışıqların nəticə verməsi üçün tərəflər razılaşdırılmış öhdəliklərə tam əməl etməlidirlər.
İran Prezidenti Məsud Pezeşkian sosial media paylaşımında danışıqların uğurunun razılaşdırılmış öhdəliklərin tam yerinə yetirilməsindən asılı olduğunu vurğulayıb.
Pezeşkian bildirib ki, "Danışıqların effektivliyi razılaşdırılmış öhdəliklərə tam riayət etməkdən və onların düzgün yerinə yetirilməsindən asılıdır".
O əlavə edib ki, irəliləyiş səviyyəsi tərəflərin öz vəzifələrini nə dərəcədə yerinə yetirdiklərinə görə qiymətləndiriləcək və saziş mətnindən kənarda verilən açıqlamalar danışıqların irəliləməsinə töhfə vermir.