Əzizi: Hörmüzün sahibi İran xalqı və silahlı qüvvələridir

Əzizi: Hörmüzün sahibi İran xalqı və silahlı qüvvələridir
Yayınlanma tarixi: 6/22/2026 4:00:24 PM

Əzizi: Hörmüzün sahibləri İran xalqı və silahlı qüvvələridir.

İslamazeri.com xəbər verir ki, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib ki, "Hörmüz boğazı İranın milli sularının bir hissəsidir".

Əzizi əlavə edib ki, "Hörmüz boğazı ilə bağlı son qərar İran xalqına və onun cəsur silahlı qüvvələrinə aiddir".

ABŞ prezidenti Donald Trampın təhdidlərinə cavab olaraq Əzizi deyib: "Siz təhdid edin, biz hərəkətə keçək".

Bundan əvvəl İran Parlamentinin sədri və danışıqlar heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf da Trampın açıqlamalarına reaksiya verib.

Qalibaf bildirib ki, İran "Amerika təhdidlərinə heç bir önəm vermir" və əlavə edib ki, "Əgər onların təhdidlərinin hər hansı bir təsiri olsaydı, onlar hazırkı çarəsiz vəziyyətdə olardılarmı?"

GÜNÜN MANŞETLERİ