Pakistandan İsrailə sərt xəbərdarlıq
İslamazeri.com xəbər verir ki, Pakistan Strateji Forumunun X hesabından verilən açıqlamada, Pakistan diplomatlarına qarşı hər hansı bir hücumun sərt cavabla qarşılanacağı barədə xəbərdarlıq edilib.
Pakistan hökuməti ilə əlaqəli olan “Pakistan Strateji Forumu”nun X (əvvəllər Twitter) hesabı İsrailə sərt xəbərdarlıq edib.
Yazıda deyilirdi: “İsrail yadda saxlamalıdır: Pakistan Qətər deyil. Diplomatlarımız dünyanın hər hansı bir yerində zərər görərsə, biz çox sərt cavab verəcəyik”.
Bu açıqlama İsrailin Tehrandakı Pakistan səfirinə sui-qəsd cəhdi ilə bağlı son xəbərlərdən sonra verilib.