"Quru müharibəsi düşmən üçün daha təhlükəli olacaq"
İslamazeri.com xəbər verir ki, İran Ordusu Quru Qoşunları Komandanı Briqada Generalı Əmir Cahanşahi ölkə sərhədlərinə səfəri zamanı verdiyi açıqlamada, potensial quru müharibəsinin düşmən üçün daha təhlükəli və baha başa gələcəyini bildirib.
Cahanşahi bildirib ki, “İranın hər qarışı ayıq və hazır döyüşçülər tərəfindən qorunur. Güclü silahlı qüvvələrimiz ölkə sərhədlərinin hər nöqtəsində düşmənlə üz-üzə vuruşmağa hazırdır”.
Düşmənin hərəkətlərinin anbaan izlənildiyini vurğulayan Cahanşahi deyib: “Biz hər ssenariyə, həmişə və hər yerdə hazırıq. Düşmən bilməlidir ki, quru müharibəsi daha təhlükəli, daha baha başa gələcək və onlar üçün düzəlməz nəticələrə səbəb olacaq”.
Cahanşahi həmçinin milli həmrəyliyin vacibliyinə diqqət çəkərək deyib: “Xalqın varlığı, müqaviməti və birliyi İranın böyük qələbəsinin və düşmənin məğlubiyyətinin sirri olacaq. Şübhəsiz ki, İran oğullarının fədakarlığı sayəsində ayaqda duracaq”.