Pakistanda leysan yağışların səbəb olduğu daşqınlarda 5 nəfər ölüb

Pakistanda leysan yağışların səbəb olduğu daşqınlarda 5 nəfər ölüb
Yayınlanma tarixi: 1.05.2023 11:01:44

Pakistanda leysan yağışların səbəb olduğu daşqınlarda 5 nəfər ölüb.

Pakistanda leysan yağışların səbəb olduğu daşqınlarda ilk təsbitlərə görə 5 nəfər həyatını itirib.

İslamazeri.com xəbər verir ki, regional Fəlakət İdarəsi (PDMA) tərəfindən verilən açıqlamada ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətində 24 saat davam edən yağışların daşqınlara səbəb olduğu bildirilib.

Açıqlamada, Bəlucistan bölgələrindən biri olan Huzdarda 2 nəfərin, Labellada 2 nəfərin və Keçdə 1 nəfərin yağışların səbəb olduğu sel və qəzalar nəticəsində öldüyü bildirilib.

Açıqlamada, leysan yağışlar səbəbindən Bəlucistana nəqliyyatda mühüm əhəmiyyət kəsb edən iki əsas yolun bağlanması nəticəsində vilayətin ölkənin qalan hissəsi ilə əlaqəsinin kəsildiyi bildirilib. Məlumata görə ən az 10 bölgədə evlərə və əkinçilik sahələrinə ziyan dəyib.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55