İran ABŞ-nin son təhdidləri ilə bağlı BAEA-ya məktub göndərib

İran ABŞ-nin son təhdidləri ilə bağlı BAEA-ya məktub göndərib
Yayınlanma tarixi: 1/1/2026 11:39:31 AM

İran ABŞ-nin son təhdidləri ilə bağlı BAEA-ya məktub göndərib.

İslamazeri.com İRNA-ya istinadən xəbər verir ki, dinc nüvə proqramına qarşı ABŞ-nin son təhdidlərinə cavab olaraq, İran İslam Respublikasının Vyanadakı Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyi Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossiyə bu təhdidlərin normallaşdırılmasının Agentliyin və qlobal Nüvə Silahlarının Yayılmaması rejiminin etibarlılığı üçün təhlükəli nəticələri barədə xəbərdarlıq edən məktub göndərib.

Məktubda əlavə olunur: Bu cür ehtiyatsız hərəkətlər pislənməli və günahkarlar tam məsuliyyətə cəlb olunmalıdır.

Bu məktub ABŞ prezidenti Donald Trampın bazar ertəsi günü İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşdükdən sonra İran İslam Respublikasına qarşı keçmiş ritorika və təhdidlərini təkrarladığı bir vaxtda dərc olunur.

GÜNÜN MANŞETLERİ

Oman sultanı Müctəba Xameneini təbrik edib
DÜNYA / İSLAM DÜNYASI

Oman sultanı Müctəba Xameneini təbrik edib

3/9/2026 11:00:01 PM
Ayətullah Müctəba Xamenei kimdir?
REGİON / İRAN

Ayətullah Müctəba Xamenei kimdir?

3/9/2026 11:00:01 PM
Netanyahudan 3-4 gündür xəbər yoxdur
DÜNYA / MARAQLI

Netanyahudan 3-4 gündür xəbər yoxdur

3/9/2026 10:58:01 PM