Netanyahudan 3-4 gündür xəbər yoxdur

Netanyahudan 3-4 gündür xəbər yoxdur
Yayınlanma tarixi: 3/9/2026 10:58:01 PM

İranın Sionist rejiminə qarşı hücumlarının güclənməsi, Netanyahunun öldürülməsi və ya yaralanması ehtimalına dair fərziyyələrin ortaya çıxmasına səbəb olub.

İslamazeri.com-un xəbərinə görə, Təsnim agentliyinin ivrit bölməsinin qiymətləndirməsi, Netanyahu’nun öldürülməsi və ya yaralanması ehtimalına dair bəzi fərziyyələrin ivritdilli mənbələrdə ortaya çıxdığını göstərir.

Bu fərziyyələri gücləndirən bəzi göstəricilər bunlardır:

  1. Netanyahunun şəxsi kanalında yayımlanan son videodan təxminən 3 gün, onun yayımlanan son şəkillərindən isə təxminən 4 gün keçib və bundan sonra onun adı ilə yayımlanan məqalələr yalnız mətn formasındadır.

  2. Netanyahunun son videosundan əvvəl, adətən hər gün ən azı bir video, bəzən isə gün ərzində 3 video yayımlanırdı; amma 3 gün boyunca heç bir video yayımlanmaması fərziyyələri gücləndirib.

  3. Bəzi ivrit mənbələri də yazıblar ki, iki gecə əvvəl (şənbə gecəsi) Netanyahunun evinin təhlükəsizlik dairəsinin gücləndirildiyi barədə məlumatlar yayımlanıb; xüsusilə intihar dronlarına qarşı tədbir olaraq.

  4. Kushner (Trumpın kürəkəni) və Witekoff’un (Trumpın xüsusi nümayəndəsi) sabah İsrailə getməli olan səfərinin ləğv olunması da bu səbəblə əlaqələndirilir.

  5. Elysée Sarayı da, Fransa prezidenti Macron ilə Netanyahu arasında keçirilən telefon danışığı barədə xəbər yayımlayarkən, bu danışığın hansı gün baş verdiyini bildirməyib; yalnız danışığın mətni yayımlanıb.

Bu fərziyyələr hələ rəsmi şəkildə təsdiqlənməyib və ya təkzib olunmayıb.

GÜNÜN MANŞETLERİ

İsrailə məxsus 20 zirehli texnikadan ibarət karvan Suriyaya daxil olub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailə məxsus 20 zirehli texnikadan ibarət karvan Suriyaya daxil olub

4/28/2026 4:50:02 PM
Bakıda güclü külək səbəbindən 34 ağac aşıb
ÖLKƏ / HADİSƏ

Bakıda güclü külək səbəbindən 34 ağac aşıb

4/28/2026 3:27:37 PM
İsrail Livanda mülki yaşayış məntəqələrini dağıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda mülki yaşayış məntəqələrini dağıdır

4/28/2026 3:00:01 PM