Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb
Yayınlanma tarixi: 7/1/2026 10:53:47 AM

Azərbaycan nefti cüzi ucuzlaşıb.

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,26 ABŞ dolları və ya 0,34 % azalaraq 75,34 ABŞ dolları təşkil edib.

İslamazeri.com xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 71,52 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,38 ABŞ dolları və ya 0,52 % azalaraq 72,83 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

GÜNÜN MANŞETLERİ

İsrail Livandan çıxmaq planını təxirə salıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livandan çıxmaq planını təxirə salıb

7/1/2026 11:44:19 AM
Azərbaycan nefti cüzi ucuzlaşıb
İQTİSADİYYAT

Azərbaycan nefti cüzi ucuzlaşıb

7/1/2026 10:53:47 AM
Livanda ölənlərin sayı 4278-ə çatıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livanda ölənlərin sayı 4278-ə çatıb

7/1/2026 10:31:03 AM