Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib

Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib
Yayınlanma tarixi: 7/1/2026 10:00:53 AM

Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib.

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 65 olaraq kişilərin pensiya yaşı ilə bərabərləşib.

İslamazeri.com xatırladır ki, bu rəqəm kişilər üçün 2021-ci iyunun 30-da tamamlanıb.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

"Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Minimum pensiyanın məbləği 320 manat təşkil edir. Yaşa görə əmək pensiyası ömürlük təyin edilir.

GÜNÜN MANŞETLERİ

İsrail Livandan çıxmaq planını təxirə salıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livandan çıxmaq planını təxirə salıb

7/1/2026 11:44:19 AM
Azərbaycan nefti cüzi ucuzlaşıb
İQTİSADİYYAT

Azərbaycan nefti cüzi ucuzlaşıb

7/1/2026 10:53:47 AM
Livanda ölənlərin sayı 4278-ə çatıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livanda ölənlərin sayı 4278-ə çatıb

7/1/2026 10:31:03 AM