Xalid əl-Molla: Müsəlmanlar əl-ələ verməli və bir olmalıdırlar!

Xalid əl-Molla: Müsəlmanlar əl-ələ verməli və bir olmalıdırlar!
Yayınlanma tarixi: 31.10.2022 11:15:46

İraqın sünni üləma icmasının rəhbəri Xalid əl-Molla Şirazdakı ziyarətgaha hücumu pisləyib, Ayətullah Xamenei və İran xalqına başsağlığı verib.

"İran İslam İnqilabının rəhbəri Ayətullah Xameneinin terrorçuların cinayətlərini rüsvay etmək əmrini yerinə yetirmək üçün hamı əl-ələ verməlidir"

İslamazeri.com xəbər verir ki, bunu İraqın sünni üləma icmasının rəhbəri Xalid əl-Molla deyib.

İraqın sünni üləma icmasının rəhbəri Xalid əl-Molla Şirazdakı ziyarətgaha hücumu pisləyib, Ayətullah Xamenei və İran xalqına başsağlığı verib.

Əl-Molla İran İslam Respublikasında baş verən bu qətlin qlobal imperializmlə, İraq, Suriya və digər ölkələrdə baş verən digər qətllərlə tam bağlı olan terrorçu təkfirçi qruplar tərəfindən törədildiyini və ABŞ-ın onları dəstəklədiyini vurğulayıb. 

İraqlı sünni alimi deyib ki, terrorçuların qətli fərqli ola bilər, amma Amerika onların təhrikçisi və himayədarıdır və İranı hədəfə alaraq, onun tərəqqini ləngitməklə ölkələrimizdə və bölgəmizdə xaos yaratmağa çalışır.

Əl-Molla bildirib ki, ən böyük düşmən irqçi və terrorçu İsraildir:

"Alimlər və səlahiyyətlilər sözünü deməlidir. Minbər səsini ucaltmalıdır. Bu qətllərə son qoyulmalıdır. Biz əl-ələ verməliyik ki, İranda, İraqda və ya başqa yerdə bir daha təkrarlanmasın. Həqiqəti üzə çıxarmaq bizim borcumuzdur".

GÜNÜN MANŞETLERİ