Tofiq Yaqublunun evində aclıq aksiyası keçirilir

Tofiq Yaqublunun evində aclıq aksiyası keçirilir
Yayınlanma tarixi: 10.01.2023 11:13:11

Yanvarın 9-da daha 7 fəal Milli Şuranın və Müsavat Partiyasının həbsdə aclıq edən üzvü Tofiq Yaqubluya dəstək məqsədi ilə Müsavat Partiyasının qərargahında aclığa başlayıb.

İslamazeri.com "Turan"a istinadən xəbər verir ki, bununla da Tofiq Yaqublu da daxil olmaqla hazırda 12 ictimai-siyasi fəal aclıq edir.

Dünən həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev də yenidən aclığa başladığını elan edib.

Belə ki, dekabrın 9-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Babək Həsənov, Əlzamin Salayev, Ceyhun Novruzov, Əlzamin Kazımov, Sakit Məmmədli, Tofiq Məmmədov, Müsavat Partiyasının fəalı Əziz Məmiyev Müsavat Partiyasının qəraragahında aclığa başlayuıb. Bundan öncə isə Tofiq Yqublunun həyat yoldaşı Maya Yaqublu, AXCP fəalları Seymur Əhmədzadə və Elnur Quliyev Tofiq Yaqublunun evində aclıq edir.

AXCP fəalı Babək Həsənov Amerikanın Səsinə bildirib ki, aclıq aksiyası daha da genişlənəcək.

“Çoxsaylı fəallar aclıq aksiyasına qoşulmaq üçün müraciət edib. Sadəcə olaraq Müsavat Partiyasının qərargahında yer az olduğundan onlar sıramıza qatıla bilmir. Belə qərarlaşmışıq ki, sıra ilə aclığı sonadək davam etdirək. Aksiyamızın tələbi ilk olaraq Tofiq Yaqubluya dəstəksdir. Amma, biz həm də Bəxtiyar Hacıyevə və  ümumilikdə bütün siyasi məhbuslara azadlıq tələb edirik. Bu məqsədlə aksiyamızı tələblərimizə nail olanadək davam etdirəcəyik”, o qeyd edib.

Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində insan hüquqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.

Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu “Bəxtiyar Hacıyevə azadlıq” tələbi ilə keçirilən aksiyadan sonra həbs edilən yeganə şəxsdir.

Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanlanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etbiyini bildirib.

Tofiq Yaqublu buna qədər də dəfələrlə həbsdə olub.

İnsan hüquqları fəalı Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Amma özü bu ittihamı qəbul etmir.

GÜNÜN MANŞETLERİ