Tarif Şurasının səlahiyyətləri azaldılır

Tarif Şurasının səlahiyyətləri azaldılır
Yayınlanma tarixi: 12/13/2022 11:41:46 AM

Bu, Nazirlər Kabinetinin “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”na etdiyi dəyişiklikdə əksini tapıb.

Tarif Şurasının səlahiyyətləri azaldılır.

İslamazeri.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”na etdiyi dəyişiklikdə əksini tapıb.

Mülki məqsədlər üçün istifadə edilən radiotezliklərə onların istifadə təyinatı, sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla, birdəfəlik və müddətli (aylıq və ya illik) tariflər müəyyən edilir.

Qərara əsasən, tariflərin müəyyən edilməsi radiotezlik nominallarının (kanallarının) sayı, istifadə olunacaq radioelektron vasitələrinin texniki göstəriciləri, şəbəkə texnologiyaları, zolağın əhəmiyyətlilik dərəcəsi, onlara tələbat, aparılan texniki araşdırma və ölçü işlərinin həcmi nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla həyata keçiriləcək.

İndiyə qədər tariflərin müəyyən edilməsi radiotezlik nominallarının (kanallarının) sayı, istifadə olunacaq radioelektron vasitələrinin texniki göstəriciləri, şəbəkə texnologiyaları, zolağın əhəmiyyətlilik dərəcəsi, onlara tələbat, aparılan texniki araşdırma və ölçü işlərinin həcmi nəzərə alınmaqla, Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilib.

GÜNÜN MANŞETLERİ

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?

3/16/2026 12:30:01 AM
Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ

3/16/2026 12:16:01 AM
İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu

3/16/2026 12:02:16 AM