Taliban və HƏMAS rəsmiləri arasında görüş keçirilib

Taliban və HƏMAS rəsmiləri arasında görüş keçirilib
Yayınlanma tarixi: 26.10.2022 13:21:16

Əfqanıstandakı Taliban administrasiyasının sözçüsü Zəbihullah Mücahid Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.

İslamazeri.com xəbər verir ki, İstanbulda keçirilən görüşdə Fələstin davası, Qüds və Məscidül-Əqsadakı son inkişaflar müzakirə edilib. Fələstin davasının təkcə fələstinlilərin deyil, ümmətin davası olduğu vurğulanıb.

Mücahid Fələstin xalqını və sionist işğal rejiminə qarşı müqavimət qruplarını dəstəklədiklərini bildirib və deyib: Səbriniz, cihadınız və müqavimətinizlə fəxr edirəm.

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Əfqanıstan İslam Əmirliyinin Fələstin məsələsində tutduğu mövqeyə görə minnətdarlığını bildirib. Haniyə bəyan edib ki, Əfqanıstanın imperialist işğalından azad edilməsi Fələstin xalqına daha çox ümid verir.

GÜNÜN MANŞETLERİ