Ərdoğanla Zelenski arasında telefon danışığı olub

Ərdoğanla Zelenski arasında telefon danışığı olub
Yayınlanma tarixi: 12.12.2022 10:37:11

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

İslamazeri.com xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən verilən açıqlamaya görə, görüşdə fevralın 24-dən bu yana davam edən Rusiya-Ukrayna müharibəsində baş verənlər müzakirə edilib.

Ərdoğan telefon söhbəti zamanı Ukrayna xalqının çətin qış aylarında humanitar yardım ehtiyaclarını qarşılamaq üçün səylərini davam etdirdiklərini bildirib.

Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanın paytaxt Ankarada qonaq etdikləri ukraynalı yetimlər və onlara müşayiət edənlərdən ibarət 1033 nəfərlik qrupla yaxından əlaqə saxladığını vurğulayıb.

Danışıq zamanı Ərdoğan taxıl dəhlizinin müxtəlif qida və digər məhsulları əhatə edəcək şəkildə genişləndirilə biləcəyini vurğulayıb, Ukraynadakı Zaporojya Atom Elektrik Stansiyası ilə bağlı həll yoluna yaxınlaşılacağına ümid etdiyini söyləyib.

O, Ukrayna Prezidenti Zelenskinin G-20 Zirvə toplantısında açıqladığı sülh planının həyata keçirilməsi səylərinə verilə biləcək töhfələri də qiymətləndirdiklərini bildirib.

Ərdoğan dekabrın 11-də isə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

GÜNÜN MANŞETLERİ

Səudiyyə Ərəbistanı yenidən Yəmənə hücum edib
DÜNYA / İSLAM DÜNYASI

Səudiyyə Ərəbistanı yenidən Yəmənə hücum edib

22.12.2025 14:12:35
Bu gün İmam Məhəmməd Baqirin (ə) mövlud günüdür
DÜNYA / İSLAM DÜNYASI

Bu gün İmam Məhəmməd Baqirin (ə) mövlud günüdür

22.12.2025 13:41:42
Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜNASİBƏT

Sabahın HAVA PROQNOZU

22.12.2025 13:15:31