Ərdoğan və Rişi Sunak arasında telefon danışığı olub

Ərdoğan və Rişi Sunak arasında telefon danışığı olub
Yayınlanma tarixi: 3.12.2022 13:42:00

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə telefonla əlaqəsi saxlayıb.

İslamazeri.com xəbər verir ki, bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib.
Məlumata görə, telefon danışığı zamanı ölkələrarası münasibətlər və Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.
Bildirilib ki, danışıq əsnasında Türkiyə-Birləşmiş Krallıq əlaqələri, həmçinin ticarət və müdafiə sənayesi sahəsində atılacaq addımlar müzakirə edilib.
Prezident Rəcəb Tayyib Ərdoğan görüş zamanı iki NATO müttəfiqi olaraq sağlam düşüncə və strateji perspektivin əlaqələrə hakim olmağa davam edəcəyinə inandığını bildirib.
Regional məsələlərin də müzakirə olunduğu görüşdə prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında danışıqlar üçün zəminin tezliklə bərpasının, həmçinin Kıbrıs probleminin həlli üçün yeni və konkret addımların atılmasının vacibliyinə diqqət çəkib.

GÜNÜN MANŞETLERİ