İranın xarici işlər naziri Əraqçi deyib: “Biz atəşkəs axtarmırıq; müharibəyə tam, hərtərəfli və davamlı son qoymaq istəyirik”.
İslamazeri.com xəbər verir ki, İran xarici işlər naziri Abbas Əraqçi Yaponiya mediasına verdiyi müsahibədə deyib: “Biz atəşkəs axtarmırıq; müharibəyə tam, hərtərəfli və davamlı son qoymaq istəyirik”.
Əraqçi açıqlamasında bildirib: “Bir çox ölkə münaqişəyə son qoymaq üçün vasitəçilik səyləri göstərir. Biz həmçinin müharibəyə yalnız atəşkəs deyil, tam, hərtərəfli və davamlı son qoymağa yönəlmiş hər hansı bir təşəbbüsü alqışlayırıq”.
Əraqçi həmçinin əlavə edib: “Biz Hörmüz boğazını bağlamamışıq; lakin bizə qarşı hücumlarda iştirak edən ölkələrin gəmilərinə bəzi məhdudiyyətlər qoymuşuq”.
Əraqçi sözünə davam edərək dedi: “İran Hörmüz boğazının yenidən açılması ehtimalı ilə bağlı Yaponiya ilə danışıqlara başlayıb və Yapon gəmilərinin boğazdan keçməsinə icazə verməyə hazırdır. Tehran, lazımi koordinasiyanın yaradılması şərtilə, Yaponiya kimi ölkələrin gəmiləri üçün təhlükəsiz keçidi təmin etməyə hazırdır”.
Əraqçi sonda deyib: “ABŞ hələ real həll yoluna çatmaq üçün lazımi hazırlığı nümayiş etdirməyib”.