Prezident “Yedinaya Rossiya”nın Ali Şurası Bürosunun üzvünü qəbul edib

Prezident “Yedinaya Rossiya”nın Ali Şurası Bürosunun üzvünü qəbul edib
Yayınlanma tarixi: 11/21/2022 1:49:32 PM

Azərbaycan Respublikasının Prezident İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının “Yedinaya Rossiya” Partiyasının Ali Şurası Bürosunun üzvü, Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Andrey Klimovu qəbul edib.

İslamazeri.com xəbər verir ki, qonaq Azərbaycanın son illər əldə etdiyi mühüm nailiyyətlər, uğurlar və Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Dövlət başçısı xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.

Görüşdə Yeni Azərbaycan Partiyası ilə “Yedinaya Rossiya” Partiyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub və perspektivlərlə bağlı fikir mübadiləsi aparılıb.

GÜNÜN MANŞETLERİ

Namazların ümumi təqibatı
DİN

Namazların ümumi təqibatı

3/16/2026 12:43:38 PM
Sumqayıtda top mərmisi aşkar edilib
ÖLKƏ / HADİSƏ

Sumqayıtda top mərmisi aşkar edilib

3/16/2026 12:20:30 PM
Qəbul imtahanlarının tarixi açıqlanıb
ÖLKƏ / TƏHSİL

Qəbul imtahanlarının tarixi açıqlanıb

3/16/2026 11:37:55 AM
Xəzər dənizində zəlzələ olub
ÖLKƏ / HADİSƏ

Xəzər dənizində zəlzələ olub

3/16/2026 11:34:38 AM
İran: Atəşkəs gündəmdə deyil
REGİON / İRAN

İran: Atəşkəs gündəmdə deyil

3/16/2026 11:29:44 AM