Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib

Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Yayınlanma tarixi: 4/13/2026 12:20:01 PM

Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib.

Azad olunan ərazilərdə aprelin 6-dan 12-dək 47 tank əleyhinə mina, 144 piyada əleyhinə mina, 1 661 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

İslamazeri.comxəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 2052,5 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

GÜNÜN MANŞETLERİ

İğdırdan İrana dəstək olaraq avtoyürüş - VİDEO
REGİON / TÜRKİYƏ

İğdırdan İrana dəstək olaraq avtoyürüş - VİDEO

4/13/2026 2:17:37 PM
Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Sabahın HAVA PROQNOZU

4/13/2026 2:00:40 PM
Bakıda daha iki ərazidə yollar təmir edilib
ÖLKƏ / MÜXTƏLİF

Bakıda daha iki ərazidə yollar təmir edilib

4/13/2026 1:56:01 PM
İsrail Qəzzada mülki vətəndaşları öldürməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzada mülki vətəndaşları öldürməyə davam edir

4/13/2026 1:35:06 PM