Nigeriyada dini qarşıdurmalarda 21 nəfər ölüb

Nigeriyada dini qarşıdurmalarda 21 nəfər ölüb
Yayınlanma tarixi: 11.08.2023 11:24:59

Nigeriyada zaman-zaman dini qarşıdurmaların yaşandığı Plateau ştatında silahlı hücum nəticəsində 21 nəfər həyatını itirib.

İslamazeri.com trthaber-ə istinadən xəbər verir ki, Nigeriyada Plateau Ştatı Böhran Qurbanları və Azadlıq Mərkəzinin rəhbəri Solomon Mvantiri Plateau ştatının Barkin Ladi bölgəsinə gələn silahlı şəxslərin hücum təşkil etdiyini bildirib.

Mvantiri "Hücum zamanı həyatını itirən 21 nəfər bu gün günortadan sonra dəfn edildi. Kütləvi dəfn mərasimindən yeni qayıtdıq" deyib.

Xüsusi Hərbi Əməliyyat Qrupu Plateau sözçüsü kapitan Ola Ceyms isə bölgəyə əsgərlərin cəlb edildiyini və vəziyyətin nəzarət altında olduğunu bildirib.

Qeyd edək ki, Nigeriyanın Plateau ştatında vaxtaşırı müsəlmanlarla xristianlar arasında qarşıdurmalar baş verir. Ötən ay ştatda keçirilən əməliyyatlar zamanı 130 qanunsuz silah ələ keçirilib.

Plateau ştatının qubernatoru Caleb Mutfvanq son 3 ayda dini əsaslı qarşıdurmalarda 300-dən çox insanın həyatını itirdiyini açıqlayıb.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55