Nazir İranla əlaqələr haqda: Müsbət nəticələr də var...

Nazir İranla əlaqələr haqda: Müsbət nəticələr də var...
Yayınlanma tarixi: 12/27/2022 5:34:41 PM

"İranla əlaqələrdə problemli istiqamətlər mövcuddur, amma son dövrlərdə müsbət nəticələr də var" - Ceyhun Bayramov

İslamazeri.com xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Azərbaycan İran əlaqələrindən danışıb. 

O bildirib ki, son dövrlər Azərbaycan-İran münasibətlərində bəlli bir gərginlik var: “Burada problemli istiqamətlər mövcuddur, amma son dövrlərdə müsbət nəticələr də var. İqtisadi sahədə əldə olunmuş razılaşmalar icra edilir. Azərbaycan-İran münasibətləri mövcud durumda daha yaxşı ola bilərdimi sualı verilərsə, cavab, əlbəttə ola bilərdi”.

Nazir  həmçinin deyib ki, Azərbaycanın xarici siyasətinin əsas prioriteti qonşu ölkələrlə dost, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsidir. Azərbaycan heç bir halda bu münasibətlərin gərginləşməsinin tərəfdarı olmayıb.

GÜNÜN MANŞETLERİ

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?

3/16/2026 12:30:01 AM
Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ

3/16/2026 12:16:01 AM
İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu

3/16/2026 12:02:16 AM