Naftalanda yeni neft quyuları qazılacaq

Naftalanda yeni neft quyuları qazılacaq
Yayınlanma tarixi: 8.10.2022 11:33:52

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Naftalan rayonunda yeni neft quyuları qazmağı planlaşdırır.

İslamazeri.com xəbər verir ki, bunu şirkətin vitse-prezidenti Xaliq Məmmədov Naftalanda keçirilən "Naftalan - Sağlamlıq və Turizmin Sinerji Mənbəyi. Regionda Yeni Reallıqlar" beynəlxalq elmi-pratik konfransında bildirib.

"Naftalan neftinin əhəmiyyətini nəzərə alaraq yatağın perspektivinin gücləndirilməsi üçün prezidentin tapşırığı ilə şirkətimiz xüsusi proqram hazırlayıb. Həmin proqramla yeni quyuların qazılması nəzərdə tutulur. İlk belə quyunun 2023 cü ildə 3,5 min dərinlikdə qazılması nəzərdə tutulub", - deyə o, qeyd edib.

X.Məmmədovun sözlərinə görə, Naftalan neft yatağının ilkin balans ehtiyatı 1,165 milyon ton, ilkin çıxarıla bilən ehtiyatı isə 117 min ton həcmində qiymətləndirilib. Bunun da 52%-i mənimsənilib. Hazırda qalıq balans ehtiyatı 1,109 milyon ton, qalıq çıxarılan bilən ehtiyat isə 61 min tondur. Burada quyuların sayı 94, istismarda olan quyuların sayı isə 32-dir.

GÜNÜN MANŞETLERİ