MN: Azərbaycan Ermənistanın terror aktlarına döyüş meydanında cavab verib

MN: Azərbaycan Ermənistanın terror aktlarına döyüş meydanında cavab verib
Yayınlanma tarixi: 10/11/2022 12:06:44 PM

Azərbaycan Ermənistan tərəfinin törətdiyi hərbi cinayətlərə, terror aktlarına döyüş meydanında cavab verib.

İslamazeri.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) 44 günlük müharibədə Ermənistan hərbi qüvvələri tərəfindən Gəncəyə endirilən zərbələrin ikinci ildönümü ilə bağlı Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Beynəlxalq Təşkilatlarla və Qərb ölkələri ilə əməkdaşlıq şöbəsinin rəis müavini, polkovnik-leytenant, Rəşad Əhmədov deyib.

O bildirib ki, Ermənistan tərəfi mülki şəxsləri hədəf alaraq Azərbaycanda qorxu və panika yaratmaq və Azərbaycan Silahlı Qüvvələrini döyüş meydanından çəkindirməyə çalışırdı.

“Müharibədə taktiki üstünlüyü itirən, uduzan Ermənistan tərəfi itkilərin sayını qəbul etməmək məqsədilə hərbi cinayətlərə qol çəkdi, terror aktları törətdi. Azərbaycan tərəfi bu cinayətlərin cavabını döyüş meydanında verdi”, - MN rəsmisi vurğulayıb.

GÜNÜN MANŞETLERİ

SABAHIN HAVASI
ÖLKƏ / MÜXTƏLİF

SABAHIN HAVASI

7/25/2026 1:29:54 PM
Bəhreyn və Küveytdən İrana ilk birbaşa hücum
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Bəhreyn və Küveytdən İrana ilk birbaşa hücum

7/25/2026 10:30:01 AM
Sorğu: İsraillilərin əksəriyyəti Netanyahunu istəmir
DÜNYA / MARAQLI

Sorğu: İsraillilərin əksəriyyəti Netanyahunu istəmir

7/25/2026 10:10:03 AM
İmam Zamanın (ə.f) razılığı
DİN

İmam Zamanın (ə.f) razılığı

7/25/2026 12:00:01 AM