Beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.
İslamazeri.com xəbər verir ki, bu barədə MN-in məlumatında deyilir.
Bildirilib ki, buna baxmayaraq, azad edilmiş ərazilərimizdə Vətən müharibəsindən sonra Ermənistanda istehsal olunan xeyli sayda minalar aşkar edilir: “Xüsusilə insan tələfatı məqsədilə basdırılan piyada əleyhinə minalar həm mülki vətəndaşların, həm də hərbi qulluqçuların həyatına ciddi təhlükə yaradır. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir".