Dünən axşam Ankaraya gedən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
İslamazeri.com xəbər verir ki, rəsmi danışıqlar aparmaq üçün dünən axşam Ankaraya gedən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
Bu görüşdən sonra iki nazir birgə mətbuat konfransı keçirəcək.
Görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər müzakirə olunacaq.