Məscidül-Əqsada 100 mindən çox insan cümə namazına qatılıb

Məscidül-Əqsada 100 mindən çox insan cümə namazına qatılıb
Yayınlanma tarixi: 25.03.2023 13:43:41

Qüds İslami Vəqflər İdarəsi yüz min fələstinlinin Ramazan ayının ilk cümə namazına Məscidül-Əqsada möhtəşəm şəkildə qılındığını açıqlayıb.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Qüds İslami Vəqflər İdarəsi bütün sərt tədbirlərə baxmayaraq, Fələstində müqəddəs Ramazan ayının ilk cümə namazına 100 min müsəlmanın qatıldığını açıqlayıb.

İsrail rejiminin bütün qadağalarına baxmayaraq, Əl-Əqsa məscidi müqəddəs Ramazan ayının ilk cümə namazını qılmaq üçün Qüdsə gələn müsəlmanlarla dolub-daşıb.

Bu məscidin xətibi Şeyx İkrimə Səbri Məscidül-Əqsada cümə namazını qıldırıb.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55