Mərakeşdə təbii qaz anbarında partlayış olub

Mərakeşdə təbii qaz anbarında partlayış olub
Yayınlanma tarixi: 23.12.2022 11:47:46

Mərakeşin şimal-qərbində yerləşən Məhəmmədiyyə şəhərində təbii qaz anbarında partlayış olub.

İslamazeri.com xəbər verir ki, Mərakeşin “Al-Umk Al-Moorbi” saytının xəbərinə görə, partlayış “Afrika Qaz” şirkətinin silindrləri doldurduğu obyektin yanında baş verib.

Məhəmmədiyyə şəhərinin böyük bir hissəsində eşidilən və ətrafda çaxnaşmaya səbəb olan şiddətli partlayışdan sonra anbarda yanğın başlayıb.

Hadisə zamanı xəsarət alan və ya insan tələfatı olub-olmadığı barədə hələlik açıqlama verilməyib.

GÜNÜN MANŞETLERİ