Liviyada kütləvi məzarlıq aşkar edilib

Liviyada kütləvi məzarlıq aşkar edilib
Yayınlanma tarixi: 21.12.2022 12:26:38

Liviyanın Tarhuna şəhərində aşkar edilən kütləvi məzarlıqda iki cəsəd tapılıb.

İslamazeri.com xəbər verir ki, məlumatda dünən Tarhuna şəhərinin Suk əl-Hamis bölgəsində daha bir kütləvi məzarlığın aşkar edildiyi bildirilib.

Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində kütləvi məzarlıqdan şəxsiyyəti hələlik müəyyən edilməyən 2 nəfərin meyiti çıxarılıb.

Tarhuna şəhəri 2020-ci ilin 5 iyun tarixində ölkənin şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Haftara sadiq silahlılardan təmizlənmişdi.

Xəlifə Hafatara sadiq qüvvələrin silah-sursat anbarı olaraq istifadə etdiyi Tarhuna və Tripolinin cənubunda çox sayda kütləvi məzarlıq aşkar edilib.

GÜNÜN MANŞETLERİ