Livan: İsrailə heç bir güzəşt edilməyəcək!

Livan: İsrailə heç bir güzəşt edilməyəcək!
Yayınlanma tarixi: 10/22/2022 1:43:44 PM

Livan Prezident Aparatı Beyrutun İsrail rejimi ilə mavi sərhədlər çəkmək üçün danışıqlarda heç bir güzəştə getmədiyini və ya xarici ölkələrin hər hansı təzyiqinə boyun əymədiyini açıqlayıb.

İslamazeri.com xəbər verir ki, Livan hökumətinin cümə günü axşam dərc olunmuş rəsmi bəyanatında bildirilib:

"Livanın dəniz sərhədlərinin müəyyənləşdirilməsində əldə olunanlar Livanın iradəsinin əksi və milli mövqe birliyinin və çətin danışıqların uğurunun nəticəsidir".

Livan hökuməti İsraili "ölkənin şərəf və suverenliyini qəsdən təhqir edən" mövqelərə son qoymağa çağırıb və sərhədlərin demarkasiyasının heç bir xarici tərəfdaş olmadan milli qərarın nəticəsi olduğunu vurğulayıb.

Livan prezident ofisi bu razılaşmanı milli uğur kimi dəyərləndirib.

GÜNÜN MANŞETLERİ

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub
REGİON / İRAN

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub

5/26/2026 2:26:55 PM
Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb

5/26/2026 1:49:41 PM
Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir
ÖLKƏ / MÜXTƏLİF

Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir

5/26/2026 1:11:42 PM