İƏT İranda Şahçeraq ziyarətgahında törədilən terror aktını pisləyib

İƏT İranda Şahçeraq ziyarətgahında törədilən terror aktını pisləyib
Yayınlanma tarixi: 15.08.2023 11:33:02

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hüseyn İbrahim Taha Şahçeraq türbəsində törədilən terror aktını pisləyib.

İslamazeri.com xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hüseyn İbrahim Taha İranın Şiraz şəhərindəki Şahçeraq ziyarətgahında törədilən və çoxlu sayda İran vətəndaşının ölümü və yaralanması ilə nəticələnən terror aktını pisləyib.

Hüseyn İbrahim Taha hücumda həlak olanların ailələrinə və İran hökumətinə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Terror aktlarını qətiyyətlə rədd edən İbrahim Taha bu cür çirkin əməllərə qarşı olduğunu vurğulayıb.

Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq Moskvanın Şahçeraq türbəsində baş verən terror aktını pislədiyini bəyan edib.

Bəyanatda qeyd olunub ki, Rusiya iranlı tərəfdaşları ilə antiterror əməkdaşlığını artıracaq.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55