İranlı generaldan Qərbə: Hesabımdakı pullarla kömür alın!

İranlı generaldan Qərbə: Hesabımdakı pullarla kömür alın!
Yayınlanma tarixi: 24.10.2022 12:29:35

İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri sosial media hesabından verdiyi açıqlamada Avropa Birliyinin (Aİ) ona qarşı tətbiq etdiyi sanksiyaları tənqid edib.

İslamazeri.com xəbər verir ki, general-mayor Baqiri paylaşımında bildirib:

"Avropa Birliyi 4 gün əvvəl İranın Rusiyaya pilotsuz uçuş aparatları (PUA) verdiyi iddiası ilə adımı sanksiya siyahısına saldı!

4 noyabr 2019-cu ildə ABŞ Maliyyə Nazirliyi də mənim adımı sanksiyalar siyahısına salmaqla belə bir səhvə yol vermişdi.

Əslində, ağaları ABŞ-ın çıxılmaz yolu ilə gedən avropalılar sanksiya xəstəliyinə düçar oldular.

Amma mənim Avropa İttifaqı ilə bağlı humanitar təklifim var. Bu gündən etibarən onlara hazırladıqları sanksiyaların həyata keçirilməsi üçün etibarnamə verəcəyəm.

General-mayor Baqirinin dünya üzrə banklardakı bütün aktivlərini müəyyən etmələrinə, onları ələ keçirməyə və Avropa vətəndaşları üçün kömür almaq üçün istifadə etməyə icazə verilir. Çünki çətin qış yaxınlaşır!"

GÜNÜN MANŞETLERİ