İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani bildirib ki, işğalçı, terrorçu və irqçi sionist rejimin insan haqları ilə bağlı şərh verməyə mənəvi səlahiyyəti yoxdur.
İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani özünün Tvitter hesabında yazıb: İşğalçı, terrorçu və irqçi sionist rejimin insan haqları ilə bağlı şərh verməyə heç bir mənəvi səlahiyyəti yoxdur.
Kənani açıqlamasında bildirib:
"İşğalçı, terrorçu və irqçi sionist rejimin xalqlarına və tərəfdarlarına qarşı qətl törədənlərin insan haqları və başqalarının bu mövzudakı çıxışı barədə şərh verməyə mənəvi ixtiyarı yoxdur.
İnsan hüquqları müqəddəs məfhumdur və İran onun təşviqini islami, humanitar, hüquqi və əxlaqi imperativ hesab edir.
İnsan haqlarını pozanlar insan haqları sahəsində biabırçı çıxışlarına əsaslanaraq, insan hüquqlarından siyasi alət kimi istifadə etməyi dayandırmalıdırlar.
ABŞ administrasiyası və bir çox qərblilər insan haqlarının pozulması ilə bağlı biabırçı rekordlarına görə qınanırlar".
Those HR violators are better to look at their own shameful record & stop political & instrumental use of human rights. US gov & many other self-proclaimed advocates of human rights are convicted in the court of human conscience because of their despicable historical conduct.
— Nasser Kanaani (@IRIMFA_SPOX) December 1, 2022
2/ pic.twitter.com/B8JeLwl45l